Gənclərin gələcək karyerasında və cəmiyyətin inkişafında ali təhsil mühüm rol oynayan amillərdən biridir. Hər il minlərlə abituriyent ali məktəblərə qəbul olmaq üçün səy göstərir və onların əksəriyyəti ölkənin aparıcı təhsil müəssisələrinə üstünlük verir.
Maraqlıdır, Şirvan-Salyan regionu üzrə abituriyentlər ən çox hansı universitetlərə qəbul olub?
AzEdu.az-ın Dövlət İmtahan Mərkəzindən (DİM) aldığı məlumata əsasən, Şirvan rayonu üzrə abituriyentlərin ən çoxu Bakı Dövlət Universitinə qəbul olub.
Biləsuvar rayonu üzrə abituriyentlərin ən çoxu Lənkəran Dövlət Universiteti və Bakı Dövlət Universitinə qəbul olub.
Hacıqabul rayonu üzrə abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Texniki Universitetinə qəbul olub.
Neftçala rayonu üzrə abituriyentlərin ən çoxu Bakı Dövlət Universitinə qəbul olub.
Salyan rayonu üzrə abituriyentlərin ən çoxu Bakı Dövlət Universitinə qəbul olub.