Sertifikasiya müəllimlərin peşəkarlıq səviyyəsini və tədris bacarıqlarını qiymətləndirən bir sistemdir. Müəllimlərin sertifikasiyadan yüksək bal toplaması, onların tədris sahəsində dərin biliklərə malik olduqlarına, müasir tədris metodları və yanaşmalarını tətbiq etdiklərinə dəlalət edir.
AzEdu.az 2022-ci ildən etibarən sertifikasiya imtahanında iştirak edərək, fəaliyyət göstərdiyi Regional Təhsil İdarəsi üzrə yüksək bal toplayaraq ilk 10-luqda yer alan fənn müəllimlərini "Sertifikasiyanın liderləri" rubrikası altında ictimaiyyətə təqdim edəcək.
Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə fəaliyyət göstərən İngilis dili müəllimlərini təqdim edirik.
Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə sertifikasiyadan yüksək bal toplayan MÜƏLLİMLƏR:
1.Cəmalə Məmmədzadə-Salyan şəhəri N.Gəncəvi adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimi test mərhələsindən 57, müsahibə mərhələsindən isə 40 bal toplayıb;
2.Rəfiqə Mehtiyeva- Yuxarı Noxudlu kənd tam orta ümumtəhsil məktəbin müəllimi test mərhələsindən 56, müsahibə mərhələsindən isə 38 bal toplayıb;
3.Əsmər İmanova- Şirvan şəhəri Mübariz İsrailov adına 18 nömrəli təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyin müəllimi test mərhələsindən 59, müsahibə mərhələsindən isə 40 bal toplayıb;
4.Səbinə Qasıməliyeva- Şirvan şəhəri 21 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimi test mərhələsindən 55, müsahibə mərhələsindən 35 bal toplayıb;
5.Kəmalə Mustafazadə- Biləsuvar şəhəri Şıxəli Qurbanov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimi test mərhələsindən 57, müsahibə mərhələsindən isə 40 bal toplayıb;
6.Sahilə Abbasova- Biləsuvar rayonu Ənvər Rəhmətov adına Zəhmətabad kənd tam orta ümumtəhsil məktəbin müəllimi test mərhələsindən 58 müsahibə mərhələsindən isə 37 bal toplayıb;
7. Aidə Mahmudova-Neftçala rayonu Bankə qəsəbəsi S.Vurğum adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimi test mərhələsindən 56, müsahibə mərhələsindən isə 38 bal toplayıb;
8. Könül Qasımzadə-Neftçala rayonu Rafiq Gözəlov adına Xıllı qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimi test mərhələsindən 54, müsahibə mərhələsindən isə 38 bal toplayıb;
9. Gülşən İskəndərova- Hacıqabul şəhər 10 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimi test mərhələsindən 57, müsahibə mərhələsindən isə 40 bal toplayıb;
10.Rəna Quliyeva- Hacıqabul şəhər İ.Ələkbərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimi test mərhələsindən 58, müsahibə mərhələsindən isə 39 bal toplayıb.