Şərqi Zəngəzur regionu üzrə respublika üzrə ən yaxşı məktəblərinin siyahısı təqdim edilib.
AzEdu.az-ın Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent 12” jurnalından əldə etdiyi məlumata görə, Cəbrayıl rayonu üzrə 2024-cü ildə rayonun ümumtəhsil müəssisələrini 653 şagird bitirib və onların 651 nəfəri buraxılış imtahanında iştirak edib.
Rayonun məzunlarının 69 nəfəri 500-dən, o cümlədən 27 nəfəri 600-dən yuxarı bal toplayıb.
Respublika üzrə yaxşı məktəblərin sırasına bu il rayonun M.Mehdizadə adına Şəhər tam orta məktəbi, 1 və 23 saylı, Əmirvarlı kənd, Daşkəsən kənd və Hovuslu kənd tam orta məktəbləri daxil olub.
Kəlbəcər rayonu üzrə 2024-cü ildə rayonun ümumtəhsil müəssisələrini 1204 şagird bitirib və onların 1189 nəfəri buraxılış imtahanında iştirak edib.
Rayonun məzunlarının 99 nəfəri 500-dən, o cümlədən 29 nəfəri 600-dən yuxarı bal toplayıb.
Bu il rayonun ən yaxşı məktəbləri sırasında 93 və 126 saylı tam orta məktəblərini qeyd etmək olar.
Qubadlı rayonu üzrə 2024-cü ildə rayonun ümumtəhsil müəssisələrini 740 şagird bitirib və onların 736 nəfəri buraxılış imtahanında iştirak edib.
Rayonun məzunlarının 91 nəfəri 500-dən, o cümlədən 34 nəfəri 600-dən yuxarı bal toplayıb.
Respublika üzrə yaxşı məktəblərin sırasına bu il rayonun 3 və 4 saylı şəhər, H.Quliyev adına Çaytumas kənd, F.Mehdiyev adına Qaralar kənd, Nadir Ərşadlı adına Dondarlı kənd, İsmət Qayıbov adına Saray kənd, Ə.Əliyev adına Qəzyan kənd, R.Əlirzayev adına Xocahan kənd və B.Əsgərov adına Xələc kənd tam orta məktəbləri daxil olub.
Laçın rayonu üzrə 2024-cü ildə rayonun ümumtəhsil müəssisələrini 1006 şagird bitirib və onların 999 nəfəri buraxılış imtahanında iştirak edib.
Rayonun məzunlarının 104 nəfəri 500-dən, o cümlədən 38 nəfəri 600-dən yuxarı bal toplayıb.
Respublika üzrə yaxşı məktəblərin sırasına bu il rayonun 9, 11, 12, 18, 21, 28, 33 saylı və Ağoğlan kənd tam orta məktəbləri daxil olub.
Zəngilan rayonu üzrə 2024-cü ildə rayonun ümumtəhsil müəssisələrini 429 şagird bitirib və onların 428 nəfəri buraxılış imtahanında iştirak edib.
Rayonun məzunlarının 40 nəfəri 500-dən, o cümlədən 13 nəfəri 600-dən yuxarı bal toplayıb.
Respublika üzrə yaxşı məktəblərin sırasına bu il rayonun 4, 29 və 34 saylı tam orta məktəbləri daxil olub.