Konstitusiya Məhkəməsi tərəfindən işğaldan azad edilmiş ərazilərin məktəbliləri arasında “Zəfər çalmış dövlətin Əsas Qanunu” mövzusunda keçirilən Hüquq olimpiadasının qalibləri elan edildi.
AzEdu.az xəbər verir ki, olimpiadada Laçında fəaliyyət göstərən 3 ümumtəhsil müəssisəsi üzrə 20 şagird iştirak edib. 20 şagirddən 7 nəfəri yüksək göstəricilərə görə Xankəndi şəhərinə Qarabağ Universitetində təltifetmə mərasiminə dəvət edilərək qiymətli hədiyyələrlə təltif edildi.
Olimpiadanın nəticələri aşağıdakı kimidir:
I yer - Laçın şəhər 2 nömrəli tam orta məktəbin XI sinif şagirdi Alızadə Fərid Namiq oğlu
Il yer - Laçın şəhər 2 nömrəli tam orta məktəbin X sinif şagirdi Kərimzadə Saleh Ruslan oğlu
III yer - Laçın şəhər 2 nömrəli tam orta məktəbin X sinif şagirdi Nağızadə Nərmin Niyazi qızı
Qalan 7 nəfər şagirdə isə, həvəsləndirici mükafatlar təqdim edildi.
Həvəsləndirici mükafat alan şagirdlər:
Qasımzadə Elmir Şahlar oğlu
Muradzadə Nihad Oktay oğlu
Behbudova Şəbnəm Rəhman qızı
Baxışova Mehbarə Baxış qızı
İsgəndərova Nigar Əvəz qızı
Nağızadə Nahid Niyazi oğlu
Nəsibzadə Xədicə Fuad qızı