6 məzunumuz Prezident təqaüdünə layiq görülüb.
Bu barədə AzEdu.az-a Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.
İdarədən bildirilib ki, 2025-2026-cı il tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə qəbul olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Prezidentinin 2025-ci il 05 oktyabr tarixli Sərəncamına əsasən, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə tələbə adını qazanmış 6 məzun bu təqaüdə layiq görülüb.
Belə ki, Regional İdarə üzrə Prezident təqaüdünə layiq görülənlərin 2-si Şəki rayonunun, 1-i Qəbələ rayonunun, 1-i Oğuz rayonunun, 1-i Qax rayonunun, 1-i isə Balakən rayonunun məzunudur.