Azedu.az

Şəki-Zaqatala bölgəsi üzrə məktəbəhazırlıq qruplarına 5251 uşaq cəlb olunub‎

Şəki-Zaqatala Regional Təhsil İdarəsi

1 Oktyabr 2025, 13:50
Şəki-Zaqatala bölgəsi üzrə məktəbəhazırlıq qruplarına 5251 uşaq cəlb olunub‎

‎2025-2026-cı il tədris ilində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrindən 227-sində 338 məktəbəhazırlıq qrupunda 5251 uşaq məşğələlərə cəlb olunub.

‎Bu barədə AzEdu.az-a Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

‎Belə ki, oktyabrın 1-dən etibarən Şəki rayonu üzrə 1600, Qax rayonu üzrə 344, Zaqatala rayonu üzrə 1009, Balakən rayonu üzrə 824, Oğuz rayonu üzrə 354, Qəbələ rayonu üzrə isə 1120 nəfər olmaqla, ümumilikdə 5251 uşaq məktəbəhazırlıq qruplarında tədrisə başlayıb.

Hazırlıqlar başladı - Rusiya NATO ölkələrinə hücum edəcək!
Son xəbərlərDaha çox