Yeni tədris ilində şimal-qərb bölgəsində 80 min 677 şagird təhsil alacaq
Bu barədə AzEdu.az-a Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, 2025–2026-cı il tədris ilində Şəki–Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə 80 min 677 şagird təhsil alacaq.
O cümlədən, idarənin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 6714, IX sinfində 7996, XI sinfində isə 6156 şagirdin təhsil alması gözlənilir.
Eyni zamanda, şimal -qərb bölgəsində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə 7220 uşaq, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına isə 5205-ə yaxın beşyaşlı uşaq cəlb olunacaq.
2024–2025-ci tədris ilində idarənin tabeliyindəki ümumi təhsil müəssisələrində 9379 müəllim, məktəbəqədər təhsil müəssisələrində isə 1395 tərbiyəçi-müəllim çalışacaq.
Qeyd edək ki, hazırda Şəki–Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində 352 ümumi, 204 məktəbəqədər və 12 məktəbdənkənar olmaqla ümumilikdə 568 müəssisəsi fəaliyyət göstərir.