Azedu.az

Bu regionun 172 məzunu 600 baldan yuxarı nəticə göstərib

Şəki-Zaqatala Regional Təhsil İdarəsi

28 Avqust 2025, 13:17
Bu regionun 172 məzunu 600 baldan yuxarı nəticə göstərib

172 məzun 600 baldan yuxarı nəticə göstərib.

Bu barədə AzEdu.az-a Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, idarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə 2024-2025-ci tədris ilində buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən 172 məzun 600 baldan yuxarı nəticə göstərib.

Buraxılış və qəbul imtahanlarında Şəki rayonunun təhsil müəssisələri üzrə 67, Qəbələ rayonundan 57, Zaqatala rayonundan 22, Balakən rayonundan 10, Qax və Oğuz rayonlarının hər birindən isə 8 məzun 600-dən yuxarı bal toplayıb.

Regionun təhsil müəssisələri üzrə ən yüksək nəticəni Şəki rayonu Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta ümumtəhsil məktəbin məzunu Orxan Abdulsəmədli göstərib – o, buraxılış və qəbul imtahanlarının hər ikisi üzrə maksimum nəticə göstərərək 700 bal toplayıb. Qax şəhəri N. Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin məzunu Çiçək Hümmətli isə 697 bal nəticə ilə fərqlənib. Balakən rayonu Amin Novruzov adına Humanitar və texniki fənlər təmayüllü liseyin məzunu Şahin Məmmədov 695 bal, Qəbələ rayonu Daşca kənd tam orta ümumtəhsil məktəbin məzunu Səmra Mahmudova 692 bal, Oğuz şəhəri Nail İbrahimli adına 3 nömrəli məktəb-liseyin məzunu Gülər Ənsərli isə 683 bal toplayıb. Zaqatala şəhəri Şıxəli Qurbanov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbin məzunu Xanzadə Həsənova rayon üzrə ən yüksək nəticə göstərərək 678 bal qazanıb.

Ukraynadan gözlənilməz hücum: Rusiya zavodları bombalanır
Son xəbərlərDaha çox