Azedu.az

Şimal-qərb bölgəsində məzunlara attestatlar təqdim edilir

Şəki-Zaqatala Regional Təhsil İdarəsi

20 İyun 2025, 13:33
Şimal-qərb bölgəsində məzunlara attestatlar təqdim edilir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə 2024-2025-ci tədris ilində məzun olan 11-ci sinif şagirdlərinə attestatlar təqdim edilir.

Bu barədə AzEdu.az-a Şəki -Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib. 

Belə ki, 2024-2025-ci tədris ilində Şəki -Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin lX siniflərini 8058 şagird, XI siniflərini isə 5800 şagird bitirib.

Attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında məzunlara təqdim olunur.

Qeyd edək ki, dövlət nümunəli təhsil sənədlərinin verilməsi üçün heç bir rüsum tələb edilmir. Hər hansı bir neqativ halla qarşılaşan zaman İdarənin 146-0-11 nömrəli Çağrı Mərkəzinə yığmaqla məlumat verməyinizi xahiş olunur.

İsr@ildən AĞIR ZƏRBƏ - İranın düşünən beyni vuruldu
Son xəbərlərDaha çox