Azedu.az

Bu regionun 36 məktəbinə direktor TƏYİN OLUNUB

Şəki-Zaqatala Regional Təhsil İdarəsi

13 İyun 2025, 17:16
Bu regionun 36 məktəbinə direktor TƏYİN OLUNUB

Yeni təyin olunan məktəb direktorları kollektivlərə təqdim olunub.

Bu barədə AzEdu.az-a Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirlib ki, idarənin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinə yeni təyin olunmuş direktorların kollektivə təqdimat mərasimləri keçirilib.

Ümumilikdə 6 rayon üzrə 36 ümumtəhsil müəssisəsinə direktor təyin edilib. Təqdimat mərasimlərində yerli rayon təhsil sektorlarının müdirləri və əməkdaşları, eləcə də məktəblərin pedaqoji kollektivi iştirak ediblər.

Təqdimatlar zamanı direktor vəzifəsinə təyinat alan şəxslərə göstərilən etimad vurğulanıb, onlara təhsilin keyfiyyətinin yüksəldilməsi, sağlam məktəb mühiti formalaşdırılması və pedaqoji heyətlə effektiv əməkdaşlıq istiqamətində tövsiyələr verilib.

Sonda yeni təyin olunan direktorlar təbrik olunub, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulanıb.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox