Azedu.az

Şəki müəllimi sertifikasiyadan 100 bal topladı

Şəki-Zaqatala Regional Təhsil İdarəsi

31 Oktyabr 2024, 17:40
Şəki müəllimi sertifikasiyadan 100 bal topladı

Şəki müəllimi sertifikasiya imtahanında maksimum nəticə göstərib.

AzEdu.az xəbər verir ki, Şəki şəhəri Nizami Gəncəvi adına 7 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Nəzakət Bağırova 2024-cü ilin iyun ayında keçirilən sertifikatlaşdırma imtahanının test mərhələsində maksimum nəticə olan 60 balı toplamaqla yanaşı, müsahibə mərhələsindən də maksimum nəticə əldə edərək 40 bal, yekun olaraq hər iki mərhələnin cəmində maksimum- 100 bal toplayıb.

Nəzakət müəllimi uğuru münasibəti ilə təbrik edir, peşə fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox