Təhsilverənlərin sertifikatlaşdırılması prosesi artıq həm test, həm də müsahibə mərhələsi üzrə yekunlaşıb. Prosesdə iştirak edən bütün müəllimlər öz nəticələrindən xəbərdardır.
Müsahibə mərhələsində maksimum nəticə əldə edənlərdən biri də Rəna Allahverdiyevadır.
O, imtahanla bağlı təəssüratlarını AzEdu.az-a bölüşüb:
"1980-ci ildə Şəmkir rayonunda anadan olmuşam. 1986-1997-ci illərdə Samux rayon Alabaşlı qəsəbə tam orta məktəbində təhsil almışam. 1997-ci ildə Gəncə Dövlət Universitetinin fizika müəllimliyi ixtisasına daxil olmuşam. Universiteti bitirdikdən sonra təhsil aldığım məktəbdə müəllim kimi fəaliyyət göstərməyə başladım.
2006-cı ildən Samux rayonu Qarayeri qəsəbə 1 nömrəli məktəb-liseydə çalışıram.
Sertifikasiyanın test mərhələsindən 55 bal toplamışam. Burada sualların səviyyəsi orta idi. Tamamilə şəffaf keçirildi. Diaqnostik qiymətləndirmə balım 52-dir. İmtahana hazırlaşmaq üçün əlavə heç bir dəstək almamışam.
Müəllim inkişafa açıq olmalı, hər zaman öz üzərində işləməlidir, daim təkmilləşməlidir. Şagirdlərim ali məktəblərə yüksək ballarla daxil olurlar".