Azedu.az

Kimya fənnindən sertifikasiya sualları çətin deyil, vaxt aparan idi

Sertifikasiya

27 Oktyabr 2025, 16:53
Kimya fənnindən sertifikasiya sualları çətin deyil, vaxt aparan idi

Ötən həftə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 7-10 oktyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri açıqlanıb.

Müsahibə mərhələsində maksimum nəticə əldə edənlərdən biri də Alagöz Qasımovadır.

O, imtahanla bağlı təəssüratlarını AzEdu.az-a bölüşüb:

Müsahibimiz qeyd edib ki, kimya fənnindən sertifikasiya sualları çətin deyildi, amma vaxt aparan suallardı:

"Şəki şəhəri 7 nömrəli tam orta məktəbdə oxumuşam. 1982-1987-ci illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU) kimya fakültəsində təhsil almışam. İkili ixtisasım var: həm kimya müəllimi, həm də kimya mühəndisi.

Universiteti bitirdikdən sonra Şəki şəhəri 7 nömrəli tam orta məktəbdə kimya müəllimi kimi fəaliyyətə başlamışam. 38 ildən çoxdur ki, pedaqoji sahədə çalışıram.

Sertifikasiyanın test mərhələsindən 52, müsahibədən isə 40 bal toplamışam. Müsahibədən 40 bal gözləməsəm də, yüksək nəticə əldə edəcəyimi düşünürdüm. Müsahibədə verilən sualların səviyyəsi çox tutarlı idi, müəllimin inkişafı və dövrün tələblərinə uyğun suallar vardı. Kimya fənnindən sertifikasiya sualları çətin deyildi, amma vaxt aparan suallardı.

1987-ci ildən çalışdığım üçün deyə bilərəm ki, həmin vaxtlarda da müəllimlər üçün 5 ildən bir atestasiya imtahanları keçirilirdi. Yəni mahiyyətcə eynidir; sadəcə adları fərqlidir.

Əgər müəllim 45 dəqiqə dərsi kitabdan keçməkdən başqa, öz üzərində çalışırsa, sertifikasiyadan heç bir çətinlik çəkməyəcək. Öz üzərində çalışan müəllim rahatlıqla sertifikasiyadan keçə bilər".

Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı
Son xəbərlərDaha çox