Azedu.az

“Sertifikasiya bilikləri yeniləmək üçün mühüm addımdır” - yüksək bal toplayan müəllim

Sertifikasiya

Müəllimlər və elm adamları

25 Oktyabr 2025, 15:21
“Sertifikasiya bilikləri yeniləmək üçün mühüm addımdır” - yüksək bal toplayan müəllim

Təhsilverənlərin sertifikatlaşdırılması prosesi artıq həm test, həm də müsahibə mərhələsi üzrə yekunlaşıb. Prosesdə iştirak edən bütün müəllimlər öz nəticələrindən xəbərdardır.

Müsahibədən maksimum - 40 bal toplayan müəllimlərdən biri də Sara Əliyevadır.

AzEdu.az Sara müəllimlə əlaqə saxlayaraq onun təəssüratlarını öyrənib.

"Mən, Əliyeva Sara Əbülfəz qızı, 1991-ci ildə Sabirabad şəhərində anadan olmuşam. 2008-2012-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində fizika ixtisası üzrə ali təhsil almışam.13 illik pedaqoji fəaliyyətim dövründə bir sıra ixtisasartırma kurslarının inkişaf yönümlü təlimlərində iştirak edərək uğur qazandım. Həmçinin, "Microsoft Sertifikatli Pedaqoq" telimində iştirak edərək uğur qazandım və beynəlxalq sertifikatli mütəxəssis statusu əldə etdim. Hazırda Sabirabad şəhər 2 saylı Beynəlmiləl Təbiət və Texniki Təmayüllü Məktəb-liseydə fizika müəllimi olaraq fəaliyyət göstərirəm".

“Test mərhələsi bilik və bacarıqlarımı nümayiş etdirmək imkanı verdi”

"Sertifikasiya prosesində test mərhələsində 52 bal topladım. Bu mərhələ mənim üçün həm öyrədici, həm də sınaq oldu, fənn biliklərimi, pedaqoji bacarıqlarımı və analitik düşüncə qabiliyyətimi nümayiş etdirmək imkanı yaratdı".

“Müsahibə mərhələsində fikirlərimi sərbəst ifadə etdim”

"Müsahibə mərhələsindən maksimum - 40 bal topladım. Bu mərhələ müəllim kimi dünyagörüşümü bölüşmək və fikirlərimi sərbəst ifadə etmək üçün əla fürsət oldu.

Hər iki mərhələ mənim üçün həm özümü sınamaq, həm də inkişafımı dəyərləndirmək baxımından çox faydalı oldu. Bu nəticəni özümə məsuliyyət kimi qəbul edirəm, çünki gələcəkdə daha çox öyrənməyə və özümü daim təkmilləşdirməyə ilham verir".

“Sertifikasiya yaradıcı dərs mühiti üçün mühümdür”

"Düşünürəm ki, sertifikasiya təhsilverənlərin biliklərini yeniləməsi və daha yaradıcı dərs mühiti qurması üçün çox mühüm bir addımdır".

Zəngəzur dəhlizi bu tarixdə açılacaq - Kritik AÇIQLAMA
Son xəbərlərDaha çox