Azedu.az

Sertifikasiyada yüksək nəticə: Öz üzərimdə çox işlədim

Sertifikasiya

Müəllimlər və elm adamları

24 Oktyabr 2025, 14:00
Sertifikasiyada yüksək nəticə: Öz üzərimdə çox işlədim

Keçdiyimiz gün təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 13-17 oktyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri elan edilib.

Müsahibədən maksimum - 40 bal toplayan müəllimlərdən biri də Nuridə Bəndəliyevadır.

AzEdu.az Nuridə müəllimlə əlaqə saxlayaraq onun təəssüratlarını
öyrənib.

O, artıq 12 ildir ki, pedaqoji fəaliyyətlə məşğuldur:

"1993-cü ildə Gəncə şəhərində anadan olmuşam. 2011-ci ildə Gəncə şəhəri, 24 saylı tam orta məktəbi bitirmişəm. 2011-2015-ci illərdə Gəncə Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsində bakalavr təhsili almışam. 2015-ci ildən Kəlbəcər Rayon 28 saylı tam orta məktəbdə pedoqoji fəaliyyətə başlamışam. 10 illik pedoqoji fəaliyyətim ərzində bir sıra təşəkkürnamələr, sertifikatlar və fəxri fərmanlarla təltif olunmuşam. 2025-ci ildə sertifikasiya imtahanında 58 bal toplamışam. Hədəfim 60 bal idi, amma 58 bal topladım. Bununla belə, bundan sonra məqsədim daha yüksək nəticələr əldə etməkdir.

Sertifikasiyaya özüm hazırlaşmışdım. Suallar mənim üçün nə çox çətin, nə də çox asan idi. 10 illik təcrübəm əsasında deyə bilərəm ki, suallar əsasən dərslikdən idi. 

Sertifikasiyanı çox faydalı addım hesab edirəm. Bu, müəllimləri daha məsuliyyətli edir, onları əlavə çalışmaya təşviq edir. Şagirdlərlə birlikdə evdə test və iş dəftərləri üzərində çalışırıq, bilmədiklərimizi araşdırıb öyrənirik.

Mənim üçün ən böyük uğur, şagirdlərin yüksək nəticələr göstərməsidir. Bu il 11-cilərin sinif rəhbəri idim və 11 şagirddən 10-u universitetə qəbul oldu. Digər iki şagirdim isə “qırmızı attestat” ilə məktəbi bitirdi".

Qabil Hüseynlidən ŞOK FAKTLAR - Mehdiyev kimlərin torbasını tikib?
Son xəbərlərDaha çox