Azedu.az

Sertifikasiyada yüksək nəticə: Müsahibə çox asan idi

Sertifikasiya

Müəllimlər və elm adamları

23 Oktyabr 2025, 13:50
Sertifikasiyada yüksək nəticə: Müsahibə çox asan idi

Keçdiyimiz gün təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 13-17 oktyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri elan edilib.

Müsahibədən maksimum - 40 bal toplayan müəllimlərdən biri də Rustamova Süsən Ələkbər qızıdır.

AzEdu.az Süsən müəllimlə əlaqə saxlayaraq onun təəssüratlarını öyrənib.

O, 11 ildir ki, pedaqoji fəaliyyətlə məşğuldur.

"2010-2014-cü illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsində bakalavr təhsili almışam. Hazırda Sumqayıt şəhər 30 saylı tam orta məktəbdə, həmçinin Sumqayıt şəhər 37 nömrəli tam orta ümumtəhsil məktəbində fəaliyyətə başlayan "Tam orta məktəb" layihəsindəmüəllim kimi fəaliyyət göstərirəm.

Sertifikasiya prosesi barədə deyə bilərəm ki, suallar tam orta məktəb dərsliyinin çərçivəsində idi. Əlavə sual yox idi və müsahibə mərhələsi çox asan keçdi. Suallar gündəlik işimizdə istifadə etdiyimiz biliklərlə bağlı idi.

Test mərhələsində 59 bal toplamışam. İmtahana isə özüm hazırlaşmışam. 

Hər bir müəllim üzərində daima işləməlidir".

Sabiq deputat ŞOK ADLAR çəkdi - Mehdiyevin dəstəsində kimlər var?
Son xəbərlərDaha çox