Keçdiyimiz gün təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 13-17 oktyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri elan edilib.
Müsahibədən maksimum - 40 bal toplayan müəllimlərdən biri də Ağayeva Şəfəq Afər qızıdır.
AzEdu.az Şəfəq müəllimlə əlaqə saxlayaraq onun təəssüratlarını
öyrənib.
O, artıq 12 ildir ki, pedaqoji fəaliyyətlə məşğuldur:
“1991-ci ildə Sabirabad şəhərində anadan olmuşam. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya-Biologiya ixtisası üzrə 2009-2013-ci illərdə bitirmişəm. 2014-cü ildə MİQ imtahanı nəticəsində Ş.Cəbrayılov adına Cavad 2 saylı kənd tam orta məktəbdə pedaqoji fəaliyyətə başlamış, 2021-ci ildən etibarən isə yerdəyişmə nəticəsində Sabirabad şəhəri N.Gəncəvi adına 5 nömrəli tam orta məktəbdə Biologiya müəllimi kimi
çalışıram.
Sertifikasiyanın test mərhələsindən isə 53 bal toplamışam.
Övladlarım körpə olduğuna baxmayaraq imtahana kifayət qədər yaxşı hazırlaşmağa çalışdım.
Sertifikasiya prosesi olduqca şəffaf və obyektiv keçirildi. Suallar isə orta səviyyədə idi. Düşünürəm ki, öz fənnini bilən müəllim 50%-i keçməlidir.
Müəllim hər zaman öz üzərində çalışmalıdır. Öz üzərində işləməyən müəllimlər üçün də bu uğurlu addımdır".