Azedu.az

Sertifikasiya iştirakçısı: Savadına güvənməyən müəllimin məktəbdə yeri yoxdur

Sertifikasiya

Müəllimlər və elm adamları

22 Oktyabr 2025, 14:18
Sertifikasiya iştirakçısı: Savadına güvənməyən müəllimin məktəbdə yeri yoxdur

Ötən həftə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 7-10 oktyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri açıqlanıb.

Müsahibə mərhələsində maksimum nəticə əldə edənlərdən biridə Aslanova Şəfəq Etibar qızıdır.

O, imtahanla bağlı təəssüratlarını AzEdu.az-a bölüşüb.

"2011-ci ildə Gəncə Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirmişəm. Həmin ildən etibarən Goranboy rayonunun Borsunlu kənd 2 nömrəli tam orta məktəbində coğrafiya müəllimi kimi fəaliyyət göstərirəm.

Sertifikasiyanın test mərhələsindən 52, müsahibə mərhələsindən isə 40 bal toplamışam.

Müsahibədə 40 bal toplamağımın əsas səbəbləri bunlardır: Özümə və biliklərimə güvənirdim, daim öz üzərimdə çalışırdım. Buna görə də ən azı 38 bal gözləyirdim. Müsahibə zamanı ünvanlanan suallar gözlədiyim kimi idi və sualların səviyyəsi olduqca asan idi.

Fikrimcə, müəllim sinif otağına daxil olan zaman savadına əmin olmalıdır. Savadına güvənməyən, fənnini sevməyən müəllimin məktəbdə yeri yoxdur. Sertifikasiya prosesi isə məhz fənnini sevən və savadlı müəllimlərin məktəbdə qalmasını təmin etdi".

GƏRGİNLİK ARTDI! Rusiyada ara qarışdı - Dağıstan vuruldu!
Son xəbərlərDaha çox