Azedu.az

Sualların əksəriyyəti sadə idi - sertifikasiyadan yüksək bal toplayan müəllim

Sertifikasiya

Müəllimlər və elm adamları

21 Oktyabr 2025, 16:16
Sualların əksəriyyəti sadə idi - sertifikasiyadan yüksək bal toplayan müəllim

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 13-17 oktyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri açıqlanıb.

AzEdu.az müsahibə mərhələsindən maksimum - 40 bal toplayan Çiçək Nəsirova ilə əlaqə saxlayaraq onun təəssüratlarını öyrənib.

O, 7 ildir pedaqoji fəaliyyətlə məşğuldur:

"2011-2015-ci illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinində təhsil almışam. Sertifikasiyanın test mərhələsindən 57 bal toplamışam.

Vaxtaparan bir neçə sualla yanaşı sualların əksəriyyəti olduqca sadə idi. 

Sertifikasiya prosesini çox faydalı hesab edirəm. Bu proses müəllimlərin özünü inkişaf etdirməsinə şərait yaradır. Sertifikasiya vasitəsilə müəllimlər yeni dərs vəsaitlərini, nəşrləri və testləri öyrənir, biliklərini təzələyir. Universiteti bitirmək hər şeyi bilmək demək deyil, sertifikasiya müəllimlərin peşəkarlığını artırır və onları yeniliklərdən xəbərdar edir.

Metodikadan 10 sualdan 8-nə hazırlaşmadan düzgün cavab vermişdim. Minimum 30-35 bal toplamaq vicdanla çalışan müəllim üçün çətin deyil. Təbii ki, imtahan günü təsadüfi hallar, uzaq yol və ya başqa səbəblər nəticəyə təsir edə bilər".

Mehdiyevçilər "VURULUR" - Siyahıda kimlər var?
Son xəbərlərDaha çox