Azedu.az

Yüksək bal toplayan müəllim: Sertifikasiya repetitorluğu sonlandıracaq

Sertifikasiya

15 Oktyabr 2025, 16:22
Yüksək bal toplayan müəllim: Sertifikasiya repetitorluğu sonlandıracaq

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 22-25 sentyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri ötən günlərdə elan edilib.

Belə ki, müsahibə mərhələsindən tam bal toplayanlardan biri də Səbinə Manafovadır.

AzEdu.az bu münasibətlə Səbinə müəllimlə əlaqə saxlayıb və onun təəssüratlarını öyrənib.

O, Bakı Dövlət Universitetinin məzunu olub:

“2012-ci ildə ali məktəbi bitirəndən sonra müəllimlərin işə qəbulu imtahanında iştirak edib Şamaxı rayonu 10 saylı tam orta məktəbə qəbul olmuşam. Burada biologiya müəllimi kimi fəaliyyət göstərmişəm. 2013-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Biologiya fakültəsi üzrə (qiyabi) təhsil almışam. Diaqnostik imtahanda yüksək nəticə göstərərək 57 bal, sertifikasiyanın test mərhələsindən isə 56 bal toplamışam.

13 ildir ki, müəllim kimi fəaliyyət göstərirəm. İmtahan mənim üçün rahat keçdi. Demək olar ki, çətinlik olmadı. İmtahana qədər öz üzərimdə çalışmışam, lakin bunun üçün heç bir hazırlıq məşğələsinə getməmişəm. Yəni müsahibə mərhələsinə hazırlığa getmədən tam bal topladım. Çünki bütün bunları biz dərs prosesində tətbiq edirik. Əgər elmi düzgün bilirsənsə, o, heç zaman itmir. Hər şey insanın özündən asılıdır.

Bir imtahan kimi sertifikasiya prosesini çox yaxşı qiymətləndirirəm. Çünki bu imtahan hər bir müəllimin öz üzərində daha çox çalışmasına səbəb olur. Müəllim bilmədiklərini öyrənir və bu, onu irəli aparır. Məsələn, əvvəl müəllimlər öz üzərlərində bu qədər işləmirdi, amma indi demək olar ki, hamı sertifikasiyada yüksək nəticə əldə etmək üçün çox çalışır. Bu baxımdan prosesi müsbət qiymətləndirirəm. Gələcəkdə, bəlkə də, sertifikasiya imtahanı repetitorluq fəaliyyətinin azalmasına səbəb ola bilər. Buna müəyyən qədər inanıram".

Mehdiyevin Əli Kərimliylə gizli əlaqəsi - Putinin məkirli planı
Son xəbərlərDaha çox