Azedu.az

“Oxuyan müəllim üçün bal toplamaq çətin deyil” - sertifikasiya iştirakçısı

Sertifikasiya

Müəllimlər və elm adamları

15 Oktyabr 2025, 15:54
“Oxuyan müəllim üçün bal toplamaq çətin deyil” - sertifikasiya iştirakçısı

Ötən gün təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 22-25 oktyabr tarixlərində keçirilən müsahibə mərhələsinin nəticələri açıqlanıb.

Belə ki, müsahibə mərhələsindən yüksək bal toplayan müəllimlərdən biri Sübhanə Ağayevadır.

O, müsahibə mərhələsindən 40 bal toplayıb.

Bu münasibətlə AzEdu.az müəllimlə əlaqə saxlayıb və təəssüratlarını öyrənib.

Qeyd edib ki, 4 ildir pedaqoji fəaliyyətlə məşğuldur:

“2015-2019-cu illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsində bakalavr təhsili almışam. 2019-2021-ci illərdə magistratura pilləsində oxumuşam. 2021-ci ildən etibarən Neftçala rayonu R.Əliyev adına tam orta məktəbdə fizika müəllimi kimi fəaliyyət göstərirəm. 2024-cü ildə MİQ-də iştirak edərək Salyan şəhəri N.Gəncəvi adına 2 saylı tam orta ümumtəhsil məktəbində də dərs deməyə başlamışam. 

Sertifikasiya prosesini müsbət qiymətləndirirəm, davamlı keçirilməsini dəstəkləyirəm.

Test mərhələsində həm orta, həmdə çətin tipli suallar vardı. İmtahana isə özüm hazırlaşmışam. Dərslərimi praktik yönümlü qururam, sosial şəbəkələrdə də təcrübələrimi paylaşır, müəllim kimi aktivlik göstərirəm.

Hesab edirəm ki, müəllim daim öz üzərində işləməli, aktiv olmalıdır. Həqiqətən oxuyan müəllim üçün bal toplamaq çətin olmur.

Şəxsən mən test mərhələsindən 60 bal gözləyirdim, amma həyəcanlandığım üçün 4 bal itirdim”.

Mehdiyevin Əli Kərimliylə gizli əlaqəsi - Putinin məkirli planı
Son xəbərlərDaha çox