Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 22-25 sentyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri elan edilib.
Müsahibə mərhələsindən 40 bal toplayan müəllimlərdən biri də Heydərova Gülər Qəzənfər qızıdır.
Bu münasibətlə AzEdu.az müəllimlə əlaqə saxlayıb və onun təəssüratlarını öyrənib.
O, artıq 18 ildir ki, pedaqoji fəaliyyətlə məşğuldur.
"2002-2006-cı illərdə Bakı Dövlət Universiteti Biologiya fakültəsində təhsil almışam. 2008-ci ildən Sumqayıt şəhər Xüsusi məktəbdə pedoqoji fəaliyyətlə məşğulam. Bir müəllim kimi daim öz üzərimdə işləyir və öyrəndiklərimi tətbiq edirəm.
Sertifikasiya imtahanının test mərhələsindən 59, müsahibə mərhələsindən də 40 bal yığaraq 99 balla respublika ikincisi olmuşam.
Sualların səviyyəsi oxuyan müəllim üçün olduqca normal idi. Həm çətin, həm də asan tip suallar var idi".