Azedu.az

Sertifikasiyanın lideri: Hər iki mərhələdən maksimum bal TOPLADI

Sertifikasiya

Müəllimlər və elm adamları

3 Oktyabr 2025, 16:26
Sertifikasiyanın lideri: Hər iki mərhələdən maksimum bal TOPLADI

Təhsilverənlərin sertifikatlaşdırma prosesinin test mərhələsində maksimum bal toplayan Salyan rayonu Rafael Qulliyev adına Ərəb qardaşbəyli kənd tam orta ümumtəhsil orta məktəbin coğrafiya müəllimi Əliyeva Həmidə Şahin qızı prosesin müsahibə mərhələsində də ən yüksək nəticə göstərib.

Belə ki, o, sertifikasiyanın test imtahanı mərhələsindən 60, müsahibə mərhələsindən isə 40 bal toplayıb.

Bu münasibətlə AzEdu.az Həmidə Əliyeva ilə əlaqə saxlayıb.

Müsahibimiz qeyd edib ki, yüksək nəticə toplayacağını gözləyirmiş:

“6 illik pedaqiji təcrübəm var. 2012-2017-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix-coğrafiya fakültəsinin coğrafiya müəllimliyi ixtisası üzrə təhsil almışam. Bu il təşkil edilən sertfikasiya imtahanın həm test, həm də müsahibə mərhələsində iştirak edib maksimum nəticə qazandım.

Özümdən bu nəticəni gözləyirdim. Müsahibə mərhələsi də mənim üçün yaxşı keçdi. İmtahanda verilən suallar tam proqramı əhatə edirdi. Həm asan, həm orta, həm də çətin tipli suallar var idi. Sinfə daxil olub dərs deyən hər bir müəllim  sualları çox rahat şəkildə yazıb cavablandıra bilər. Tamamilə çətin idi fikri düzgün deyil.

Maksimum nəticə əldə etmək çox gözəl duyğudur. İnsanın əzimlə üzərində çalışıb bu nəticəni əldə etməsi çox sevindirici bir haldır. Bunun özü də bir məsuliyyətdir. İnsanın birinci məqsədi olmalıdır ki, bu yolda daha yaxşı irəliləyə bilsin. Eyni zamanda ixtisası da sevmək lazımdır. Yeniliklərə üstünlük verilməlidir.Sertifikasiya imtahanı müəllimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsində atılan mühüm bir addımdır".

ABŞ hərəkətə keçdi - Raketləri Rusiyanı BOMBALAYACAQ
Son xəbərlərDaha çox