Azedu.az

“Sertifikasiya müəllimlərin biliklərini ölçmək üçün yetərlidir”

Sertifikasiya

3 Oktyabr 2025, 14:49
“Sertifikasiya müəllimlərin biliklərini ölçmək üçün yetərlidir”

Sertifikasiya müəllimlərin biliklərinin yoxlanılması baxımından yetərlidir. 

Bu fikri AzEdu.az-a elm və təhsil eksperti Səbuhi Abdullayev söyləyib.

169301O, qeyd edib ki, sertifikasiya bəzi müəllimlər üçün çətinliklər yaradır:

"Elm və Təhsil Nazirliyinin müəllimlərin sertifikasiya prosesindən keçirməsi onların bilik və savadının artırılması, təkminləşdirilməsi məqsədilə həyata keçirilən bir təşəbbüsdür. Eyni zamanda, bu proses müəllimlərin əmək haqqının artırılması üçün də mühüm addımdır. Belə ki, müvafiq balları toplayan müəllimlərin əmək haqqısına 10- 35% əlavə tətbiq olunacaq.

Hazırda müxtəlif həcmdə sertifikasiya prosesləri artıq keçirilib və bu proses davam etməkdədir. Düşünürəm ki, bu, müəllimlərin əmək haqqısının, iş şəraitinin və sosial vəziyyətinin yaxşılaşdırılmasına müsbət təsir göstərəcək. Ancaq digər tərəfdən, bu, bəzi müəllimlər üçün çətinliklər yaradır. Belə ki, elm və təhsil nazirli Emin Əmrullahın dediyi kimi, artıq 4 ildən çoxdur ki, sertifikasiya nəticəsində bir çox müəllim işdən azad olunub".

Müəllimlər arasında bəziləri müxtəlif yollarla işə qəbul olunmuşdular və ya üzərində çalışmayan müəllimlər idi ki, hətta sadə elementar suallara cavab verə bilmirdilər:

"Sual yaranır: bu sertifikasiya müəllimlərin bilik səviyyəsini nə dərəcədə ölçür? Təbii ki, suallar arasında mübahisəli olanlar da var, amma ümumi mənzərəyə baxdıqda, sertifikasiya müəllimlərin biliklərinin yoxlanılması baxımından yetərli hesab edilir".

ABŞ hərəkətə keçdi - Raketləri Rusiyanı BOMBALAYACAQ
Son xəbərlərDaha çox