Azedu.az

Sertifikasiya həm motivasiya, həm də peşəkar bacarıqları artırır

Sertifikasiya

Müəllimlər və elm adamları

2 Oktyabr 2025, 18:11
Sertifikasiya həm motivasiya, həm də peşəkar bacarıqları artırır

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 22-25 sentyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri elan edilib.

Belə ki, müsahibə mərhələsindən 40 bal toplayan müəllimlərdən biri də Xalışlı Səadətdir.

Bu münasibətlə AzEdu.az Səadət müəllimlə əlaqə saxlayıb, təəssüratlarını öyrənib.

O qeyd edir ki, artıq 5 ildir pedaqoji fəaliyyətlə məşğuldur.

"2015-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və İnformatika fakültəsində Riyaziyyat müəllimliyi ixtisasına daxil olmuşam və 2019-cu ildə bakalavr səviyyəsini bitirmişəm. Eyni zamanda 2019-cu ildə həmin universitetin Mexanika-Riyaziyyat fakültəsinin Riyaziyyatın tədrisinin metodikası və metodologiyası üzrə magistraturaya qəbul olub, 2021-ci ildə fərqlənmə diplomu ilə bitirmişəm.

2021-ci ildən Fizuli rayonunda Ramin Əkibarov adına Kürdmanlı kənd tam orta məktəbində riyaziyyat müəllimi kimi fəaliyyətə başlamışam. İşlədiyim müddətdə şagirdlərim həm buraxılış, həm də qəbul imtahanlarında yüksək nəticələr göstəriblər.

Mən şagirdlərimə riyaziyyatı dərindən öyrətməyə, onun fundamental əsaslarını mənimsətməyə çalışıram. 2025-ci ildə keçirilən müəllimlərin sertifikasiya prosesində iştirak edərək test mərhələsində 55 bal toplamışam və müsahibədə maksimum 40 bal alaraq uğur qazanmışam. Bu nəticəyə görə, həm də əlavə olaraq Fizuli rayonundakı Ağamoğlan Cəbrayılov adına Aşağı Alıxanlı kənd tam orta məktəbində iş təklifi aldım və hal-hazırda orada da fəaliyyət göstərirəm.

Dərs bölgüsü hazırda daimi işlədiyim məktəbdə 15 saat, müqavilə ilə işlədiyim məktəbdə isə 10 saatdır və hər iki məktəbə hər gün gedib gəlirəm.

Sertifikasiya və müsahibə prosesi barədə deyə bilərəm ki, suallar həm asan, həm orta, həm də çətin səviyyədə idi. Hazırlıqlı müəllimlər bu sualların öhdəsindən gələ bilər. Mən də hazırlıqlı idim, özüm çalışaraq, əlavə kitablar və resurslardan istifadə edərək hazırlaşmışam. 

Mən düşünürəm ki, müəllim öz məqsədini qoysa və sistemli şəkildə çalışsa, test və müsahibə mərhələlərində uğur qazana bilər. Bu proses həm müəllimlər üçün motivasiya, həm də peşəkar bacarıqlarını artırmaq üçün əhəmiyyətlidir".

PROSES BAŞLADI - Rusiyaya dəhşətli zərbələr endiriləcək
Son xəbərlərDaha çox