Azedu.az

Həm testdən, həm müsahibədən maksimum bal - sertifikasiyanın LİDERİ

Sertifikasiya

2 Oktyabr 2025, 14:33
Həm testdən, həm müsahibədən maksimum bal - sertifikasiyanın LİDERİ

Təhsilverənlərin sertifikatlaşdırma prosesinin test mərhələsində maksimum bal toplayan Bakı şəhəri, Binəqədi rayonu 103 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Gülşən Şahverdiyeva prosesin müsahibə mərhələsində də ən yüksək nəticə göstərib.

Belə ki, o, sertifikasiyanın test imtahanı mərhələsindən 60, müsahibə mərhələsindən isə 40 bal toplayıb.

Bu münasibətlə AzEdu.az Gülşən Şahverdiyeva ilə əlaqə saxlayıb.

“Mən 568 balla Qafqaz Universitetinə riyaziyyat-informatika müəllimliyi ixtisası üzrə qəbul olmuşam. Sadəcə, 2017-ci ildə universitetin adı dəyişdirilərək Bakı Mühəndislik Universiteti (BMU) adlandırıldığı üçün 2013-2018-ci illərdə BMU-dan məzun olmuşam.

2018-2020-ci illərdə Bakı Dövlət Universitetində riyazi analiz ixtisası üzrə magistratura təhsili almışam. 4 il Atatürk liseyində, 1 il isə Zəngilan rayonu 26 nömrəli tam orta məktəbdə çalışmışam. Hazırda 103 nömrəli məktəbdə fəaliyyət göstərirəm. Təxminən 7 ilə yaxındır ki, müəllim kimi çalışıram.

Suallar məktəb səviyyəsində tərtib edilmişdi. Əslində, keçənilki sertifikasiya ilə builki sertifikasiyanı müqayisə edəndə deyirlər ki, keçən il riyaziyyat daha asan olub. Amma bu dəfə də məktəb səviyyəsində suallar idi. Sertifikasiyanın çətin olacağına dair düşüncə yanlışdır. Maksimum nəticə əldə edəcəyimi gözləmirdim. Lakin ümumilikdə rahat cavablanacaq imtahan oldu. Sertifikasiyaya nisbətən MİQ daha çətin hesab olunur. ARTİ imtahana hansı mövzuların daxil ediləcəyi ilə bağlı paylaşım etmişdi. Mən də həmin çərçivəyə əsasən mövzular üzrə testlər işlədim.

Müsahibə mərhələsi zamanı heç bir texniki problemlə qarşılaşmadım. Müəllimlərin bilik və bacarıqlarının yoxlanılması üçün təşkil edilən sertifikasiya imtahanından çox razı qaldım”.

PROSES BAŞLADI - Rusiyaya dəhşətli zərbələr endiriləcək
Son xəbərlərDaha çox