Azedu.az

Sertifikasiyada 40 bal toplayan müəllim: Müsahibədə qeyri-adi heç bir sual yox idi

Sertifikasiya

1 Oktyabr 2025, 16:34
Sertifikasiyada 40 bal toplayan müəllim: Müsahibədə qeyri-adi heç bir sual yox idi

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 22-25 sentyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri  elan edilib.

Belə ki, müsahibə mərhələsindən 40 bal toplayan müəllimlərdən biri də Mürşüdova Ülkər İlqar qızıdır.

Bu münasibətlə AzEdu.az Ülkər Mürşüdova ilə əlaqə saxlayıb, təəssüratlarını öyrənib.

O, Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib:

“2009-2013-cü illərdə BDU-nun Fizika fakültəsini bitirmişəm. 2013-cü ildən etibarən artıq 12 ildir ki, müəllim kimi fəaliyyət göstərirəm. Hazırda Şirvan şəhəri 10 nömrəli tam orta məktəbdə fizika müəllimi kimi çalışıram. Sertifikatlaşdırma imtahanının test mərhələsindən 57 bal toplamışdım.

Müsahibə mərhələsi prosesi məni çox qane etdi. Çünki suallar içərisində qeyri-adi suallar yox idi. Demək olar ki, dərsdə keçdiyimiz suallar idi. Tam formata uyğun sualların olduğunu deyə bilərəm. Özümdən maksimum bal toplayacağımı gözləyirdim.

Bizim bu il məktəbimiz ölkə üzrə innovativ məktəb seçilib. Buna görə də İzrayıla təlimə gedəcəyik və məktəbdən yollanan müəllimlərdən biri də mənəm. Oktyabrın 26-dan noyabrın 13-nə qədər “Təhsil lideri” adlı təlim keçiriləcək.

Ümumiyyətlə sertifikasiya imtahanının keçirilməsi çox düzgün addımdır. Hesab edirəm ki, bu gənc müəllimlərimiz üçün də çox önəmlidir. Müəllimlərə tövsiyə edərdim ki, tədris etdiyi fənni sevib ona uyğun yeniliklərlə tanış olsunlar. Bununla da uğur əldə edə bilərlər”.

Hazırlıqlar başladı - Rusiya NATO ölkələrinə hücum edəcək!
Son xəbərlərDaha çox