Azedu.az

Müsahibədən 40 bal toplayan müəllim: Nəticəm mənə sürpriz OLMADI

Sertifikasiya

Müəllimlər və elm adamları

25 Sentyabr 2025, 14:55
Müsahibədən 40 bal toplayan müəllim: Nəticəm mənə sürpriz OLMADI

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 16-19 sentyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri məlum olub.

Bu münasibətlə AzEdu.az maksimum nəticə əldə edən Aynur Əsgərova ilə əlaqə saxlayaraq təəssüratlarını öyrənib.

O, Şəmkir rayonu Zaur Abbasov adına Dəllər qəsəbə tam orta məktəbində biologiya müəllimi işləyir:

"2003-cü ildə Şəmkir rayon Əhməd Cavad adına 4 nömrəli məktəbi bitirdikdən sonra elə həmin il Bakı Dövlət Universitetinin Biologiya fakültəsinə qəbul olmuşam. 2003–2007-ci illər arasında Bakı Dövlət Universitetini bitirdikdən sonra müəyyən iş fəaliyyətlərim olub, amma bu, təhsil sahəsində olmayıb. Başqa işlərdə çalışmışam və 2018-ci ildə ilk dəfə MİQ imtahanı verərək Gədəbəy rayonu Düzyurd kənd tam orta məktəbində fəaliyyətə başlamışam. MİQ imtahanı ilə ora qəbul olmuşam.

2023-cü ildən etibarən Şəmkir rayonu Zaur Abbasov adına Dəllər qəsəbə tam orta məktəbində biologiya müəllimi kimi fəaliyyət göstərirəm. Sertifikasiyanın müsahibə mərhələsi mənim üçün çox yaxşı keçdi.

Düşünürəm ki, bir müəllimin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün kifayət qədər yaxşı suallar tərtib edilib. İmtahan prosesi zamanı heç bir texniki problem olmayıb. İmtahan da, müsahibə də çox gözəl təşkil olunmuşdu. Test imtahanından 57 bal, müsahibədən isə 40 bal toplamışam. Bu balı toplayacağım mənə sürpriz olmadı. Çünki mənə verilən bütün sualları səlis və düzgün cavablandırdım. Yüksək nəticə əldə etməyim məni çox sevindirdi".

Ukraynadan DAĞIDICI ƏMƏLİYYAT - Rusiya əraziləri bombalanır
Son xəbərlərDaha çox