Azedu.az

Sertfikasiya sayəsində bilmədiyim çox şey öyrəndim

Sertifikasiya

Müəllimlər və elm adamları

23 Sentyabr 2025, 15:34
Sertfikasiya sayəsində bilmədiyim çox şey öyrəndim

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi davam edir.

AzEdu.az Təhsil Portalı bu mərhələdə iştirak edən müəllimlərin təəssüratlarını öyrənib.

Müsahibədə iştirak edən Fizika müəllimi Ülviyyə Əsgərova pedaqoji fəaliyyəti barədə danışıb.

"1994-cü ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olmuşam. 1998-ci ildə universiteti bitirdikdən dərhal sonra Köçəsgər 1 nömrəli məktəbdə fizika müəllimi kimi fəaliyyətə başlamışam. İllərdir bu məktəbdə çalışıram.

Sertifikasiya prosesi müəllimlər üçün atılmış olduqca müsbət addımdır. Özüm də sertifikasiya sayəsində bilmədiyim bir çox şey öyrənmişəm. Test mərhələsindən isə 57 bal toplamışam. 

Şagirdlərimin əksəriyyəti ali məktəbdə təhsil alır. Bu uğurun parçası olmaq özü bir qürurdur".

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox