Azedu.az

Ən böyük uğurum onların müəllimi olmaqdır

Sertifikasiya

Müəllimlər və elm adamları

23 Sentyabr 2025, 14:18
Ən böyük uğurum onların müəllimi olmaqdır

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi davam edir.

AzEdu.az Təhsil Portalı bu mərhələdə iştirak edən müəllimlərin təəssüratlarını öyrənib.

Müsahibədə iştirak edən İnformatika müəllimi Nərmin ismayılzadə sertifikasiyanın test mərhələsindən 59 bal toplayıb.

"Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformatika müəllimliyi ixtisasını bitirmişəm. Hazırda Məhəmməd Fizuli adına məktəb-liseydə "Rəqəmsal bacarıqlar layihəsi" üzrə fəaliyyət göstərirəm. Artıq 6 ildir müəllimliklə məşğulam. 

Sertifikasiya prosesi barədə fikirlərim çox müsbətdir. Bu proses zamanı həm biliklərimiz yenilənir, həm də müəllimlər öz üzərlərində işləməyə yaxşı mənada məcbur olur.

Bu il çalışacağam ki, şagirdlərim müsabiqələrdə uğur qazansın. Amma elə ən böyük uğurum şagirdlərimin müəllimi olmaqdır".

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox