Azedu.az

Sertifikasiya iştirakçısı: “Şagirdlərim mənimlə eyni məktəbdə müəllimlik edir”

Sertifikasiya

Müəllimlər və elm adamları

22 Sentyabr 2025, 15:15
Sertifikasiya iştirakçısı: “Şagirdlərim mənimlə eyni məktəbdə müəllimlik edir”

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi davam edir.

AzEdu.az Təhsil Portalı bu mərhələdə iştirak edən müəllimlərin təəssüratlarını öyrənib.

Müsahibədə iştirak edən Fizika müəllimi Şəhriyar Əsədov pedaqoji fəaliyyəti barədə danışıb.

O bildirib ki, 1986-cı ildə Salyan rayon Şəkərli kəndində anadan olub və 2004-2008-ci illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib.

"Hazırda Salman Cəfərov adına Yenikənd kənd tam orta ümumtəhsil məktəbində 2010-cu ildən fəaliyyət göstərirəm.

Sertifikasiya prosesini çox müsbət qiymətləndirirəm. Bu, müəllimlərin bilik və bacarıqlarını yoxlamaq və inkişaf etməyə təşviq etmək üçün yaxşı fürsətdir”.

Müsahibə mərhələsindən yüksək nəticə gözləyirəm:

“Pedaqoji fəaliyyətim boyu uğurlarım çoxdur. Həm diaqnostik imtahanda, həm də sertifikasiyanın test mərhələsində ixtisas üzrə nəticəm 100% olub. Diaqnostik imtahanda ümumi 56, test mərhələsində isə 57 bal toplamışam.

Şagirdlərimin uğurları mənim üçün çox önəmlidir. Onların çoxu hazırda ali təhsil alır. 15 il işləməyimə baxmayaraq, indi 18 nəfər şagirdim Fizika müəllimidir və onlardan bəziləri ilə eyni məktəbdə çalışıram. Bu fənni şagirdlərə sevdirə bilməyim mənim üçün böyük uğurdur”.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox