Azedu.az

Bu yaş aralığında olan müəllimlər sertifikasiyada daha UĞURLUDUR

Sertifikasiya

12 Sentyabr 2025, 16:41
Bu yaş aralığında olan müəllimlər sertifikasiyada daha UĞURLUDUR

Təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 18-25 iyun ayında həyata keçirilib.

Sertifikasiya imtahanının test mərhələsində uğur qazananların əksəriyyəti gənc, yoxsa yaşlı müəllimlərdir?

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb.

Agentlikdən sorğumuza cavab olaraq bildirilib ki, sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edərək uğur qazanan namizədlər arasında 32-42 yaş aralığında olanlar üstünlük təşkil edib:

"Uğur qazanan 7952 nəfər məhz bu yaş aralığında olan şəxslərdir".

Qeyd edək ki, 18 müxtəlif şəhər və rayonu üzrə 39 imtahan mərkəzində keçirilən prosesdə ümumilikdə 22 383 müəllim iştirak edib.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox