Azedu.az

Maaş artımı bal səviyyəsinə görə tətbiq edilsin - Sertifikasiya ilə bağlı TƏKLİF

Sertifikasiya

11 Sentyabr 2025, 13:37
Maaş artımı bal səviyyəsinə görə tətbiq edilsin - Sertifikasiya ilə bağlı TƏKLİF

Sertifikasiyadan keçən müəllimlərin maaş artımı üçün təklif irəli sürülüb.

AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Elm və Təhsil Komitəsinin bugünkü iclasında “Ümumi təhsil haqqında” Qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.

167551

Şöbə müdiri bildirib ki, Milli Məclisə bununla bağlı çoxsaylı müraciətlər edilir

“Məsələn, 31 bal yığan müəllimlə 50 bal yığan müəllim eyni artımı - cəmi 10 faizi ala bilir. Təklif edirəm ki, 41-50 bal arası toplayan müəllimlərin maaş artımı 25 faiz və ya daha çox olsun”, – deyə o əlavə edib.

Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir
Son xəbərlərDaha çox