Azedu.az

"Sertifikasiyadan keçən müəllimlərin maaşı nəticələrinə görə artırılmalıdır"

Sertifikasiya

11 Sentyabr 2025, 12:06
"Sertifikasiyadan keçən müəllimlərin maaşı nəticələrinə görə artırılmalıdır"

Sertifikasiyadan keçən müəllimlərin maaş artımı proporsional artım olmalıdır.

AzEdu.az-ın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib. 

“Çoxsaylı müəllim bizə hər il müraciətlər edir. Sertifikasiya imtahanından keçəndən sonra müəllimlərin maaş artımı motivasiya məqsədi ilə artırılması nəzərdə tutulub. 31 bal toplayan müəllimlə 60 bal toplayan müəllimin maaşında 10 faiz fərq olur. Bu düzgün yanaşma deyil. Zərərin yarısından da qayıtmaq yaxşıdır. Proporsional artım nəzərdə tutulmalıdır. Bu sahədə müraciətlər də çox olur. Məsələni müvafiq icra hakimiyyətlə qarşısında qaldırılmasını sizdən xahiş edirəm”.

Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir
Son xəbərlərDaha çox