Azərbaycan dili və ibtidai sinif, alman dili, Azərbaycan dii və ədəbiyyat, fransız dili, ingilis dili, rus dili, riyaziyyat, kimya, biologiya, fizika, coğrafiya və informatika müəllimlərinin sertifikasiya imtahanı keçirilib. Məlumdur ki, imtahanda 60 yaşdan sonra müəllimlər könüllü şəkildə iştirak hüququna malikdirlər.
Cari il 60 yaşdan yuxarı neçə müəllim sertifikasiyada könüllü iştirak edib?
AzEdu.az Təhsil Portalı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) sorğu ünvanlayıb.
Agentlikdən sorğumuza cavab olaraq bildirilib ki, cari ildə sertifikasiyada 60-dan yuxarı yaşı olan 962 nəfər müəllim iştirak edib.