7318 müəllimin işinə xitam verilib. Növbəti il bütün müəllimlər sertifikasiyadan keçmiş olacaq.
AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.
O, prosesdən əvvəl yaranan narazılıqları xatırladıb: “Amma bu gün növbəti mərhələ uğurla yekunlaşır. Ötən il 31 852 nəfər ibtidai sinif üzrə sertifikasiyadan keçib”.
“Ümumilikdə bugünə 7 318 müəllim uğursuz nəticə göstərib. 700 ə qədər müəllim birinci iştirakdan sonra uğursuzluqdan ikinci mərhələdə iştirak etməyib və özü işdən ayrılıb. Biz başa düşürük ki, proses ağırdır, amma 30 suala cavab verməyğn müəllimin məktəbdə tədris aparması düzgün deyil. Sertifikatlaşıdırmada verilən suallar xüsusi çətin deyil. Mərhələli şəkildə müəllimlər standartlara cavab verən mütəxəssislər olsun”.