Azedu.az

Gənc müəllimlər sertifikasiyada niyə yüksək bal toplayır? 4 əsas SƏBƏB

Sertifikasiya

8 İyul 2025, 09:32
Gənc müəllimlər sertifikasiyada niyə yüksək bal toplayır? 4 əsas SƏBƏB

Son dövrlərdə müəllimlərin sertifikasiya imtahanları ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər formalaşmaqdadır. Xüsusilə diqqət çəkən mövzulardan biri isə yaş faktoru ilə bağlıdır. Belə ki, cəmiyyətdə belə bir fikir mövcuddur. Bəziləri düşünür ki, yaşı 40-dan aşağı olan yəni gənclər imtahanda bilik və bacarqlarını daha yaxşı təqdim ediblər. Bu fikrin tərəfdarları hesab edirlər ki, gənc müəllimlər daha çevik düşüncəyə, texnologiya ilə daha rahat işləmək bacarığına və təzə biliklərə sahib olduqları üçün imtahanda üstünlük əldə edirlər. 

Maraqlıdır, gənc müəllimlərin yüksək nəticə toplamasına səbəb nədir?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri qeyd edib ki, ümumi statistikaya görə, kəmiyyət müstəvisindən əsasən, 2021-ci ildən başlanan sertifikasiya prosesində uğurlu nəticə göstərənlərin böyük əksəriyyəti 40 yaşın altında olanlardır:

163987

"Bu istər maksimal bal toplayanların kəmiyyət göstəricisində, istər 55-60, istər 51-60 bal aralığında nəticə göstərənlərin ümumi faizində belədir. Biz mətbuatda tez-tez oxuyuruq ki, məsələn, filan yerdə 62 yaşlı müəllim, filan rayonda 60 yaşdan yuxarı müəllim sertifikasiyada 60 bal toplayıb. Olsun, gözəl. Şəxsən mən onların hər birini alqışlayıram. Amma bunlar istisnalardır, kütləvi xarakter daşımır.

Bu gün istər MİQ-də, istər sertifikasiya prosesində daha yüksək nəticə göstərənlərin böyük əksəriyyəti məhz cavan müəllimlərdir. Bunun bir neçə səbəbi var. İlk növbəd testlə işləmə vərdişi və alışqanlığını qeyd etmək olar.  İkincisi isə hazırlıq mexanizmidir. Xüsusilə gənclər bu prosesə daha ciddi yanaşır. Üçüncüsü elektron formata uyğunluq məsələsidir.

Burada da gənclər kompüterlə işləməyə daha alışqandır. Dördüncüsü motivasiyadır. 30 yaşlı müəllimlə 60 yaşlı müəllimin imtahan motivasiyası eyni ola bilməz.Əlavə olaraq, gənc müəllimlər dünyanın müxtəlif ölkələrindən onlayn kurslar alır, yenilikçi təhsil modellərini tətbiq etməyə çalışırlar. Bu da onların üstünlük qazanmasına səbəb olur.Bu meyarlara cavab verən yaşlı müəllimlər də var, amma ümumi mənzərədə cavan müəllimlər daha öndədir."

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox