Azedu.az

Sertifikasiyadan ən çox bu müəllimlər narazıdır... 

Sertifikasiya

2 İyul 2025, 14:11
Sertifikasiyadan ən çox bu müəllimlər narazıdır... 

Azərbaycan dili və ədəbiyyat müəllimləri, həmçinin kimya müəllimləri imtahanda vaxtın azlığından şikayətlənirlər. Mən bu etirazları təbii və haqlı hesab edirəm.

Bu sözləri AzEdu.az-a açıqlamsında təhsil eksperti Rizvan Fikrətoğlu söyləyib:

"Qeyd etmək lazımdır ki, təhsil mühitinin sağlamlaşdırılması və daha bacarıqlı kadrlara dəyər verilməsi baxımından sertifikasiya prosesi olduqca önəmlidir. Bu məsələdə əsas diqqət yetirilməli olan tərəf isə şagirdlərdir. Hansı valideyn istər ki, övladı kompetensiyası aşağı olan müəllimdən dərs alsın?!

Digər tərəfdən, Azərbaycan dili və ədəbiyyat müəllimləri, həmçinin kimya müəllimləri imtahanda vaxtın azlığından şikayətlənirlər. Mən bu etirazları təbii və haqlı hesab edirəm. Əgər suallar çox uzun və cavablandırılması vaxt aparacaq qədər mürəkkəbdirsə, müəllimlərin narazılığı başadüşüləndir".

"Nəticələrə baxdıqda da aydın görünür ki, məhz Azərbaycan dili və ədəbiyyat, eləcə də kimya fənləri üzrə müəllimlərin nəticələri digər fənn müəllimlərinə nisbətən o qədər də yüksək olmayıb. Bu isə müəllimlərin səsləndirdiyi fikirlərin əsaslı olduğunu bir daha təsdiqləyir",deyə müsahibimiz qeyd edib:

Ümumilikdə, sertifikasiyanın məqsədi daha peşəkar və savadlı müəllimləri önə çıxarmaqdır. Bu zaman uzun-uzadı testlərlə müəllimlərin vaxtını almaq düzgün yanaşma deyil. Müəllimlərin haqlı iradları nəzərə alınmalı və obyektiv şəkildə qiymətləndirilməlidir".

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox