Təhsil sistemində keyfiyyətin artırılması məqsədilə həyata keçirilən sertifikasiya imtahanları bəzi müəllimlər üçün iş həyatının sonuna çevrilib. 2022-ci ildən bu yana keçirilən prosesdə minlərlə müəllim bu imtahandan keçə bilmədiyi üçün işdən azad olunub.
Elm və Təhsil Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, iyunun 20-də ötən il test imtahanı mərhələsində keçid balını toplaya bilməyən müəllimlər üçün keçirilən təkrar sertifikatlaşdırma imtahanında 3338 müəllim iştirak edib.
AzEdu.az xəbər verir ki, ötən il 2006 müəllim isə müvafiq keçid balını toplaya bilməyib.
Bundan əlavə 334 müəllim imtahana gəlməyib, 4 nəfərin imtahan nəticəsi ləğv edilib. Nəticə də isə 2344 müəllim təkrar sertifikasiyadan kəsilmiş hesab olunub.
Həmçinin, 2022-2024-cü ilə qədər 5054 müəllimin əmək müqaviləsi ləğv edilib.
Qeyd edək ki, bu günə qədər 85 mindən çox müəllim sertifikasiya prosesinə cəlb olunub.