Şəmkir şəhəri Məhəmməd Füzuli adına məktəb-liseyin informatika müəllimi İsmayılzadə Nərmin sertifikasiyadan 59 bal toplayıb.
AzEdu.az bu münasibətlə həmin müəllim ilə həmsöhbət olub.
"Yüksək nəticə toplayacağımı bilirdim. Ancaq 59 bal toplamağı hədəfləməmişdim. Çünki, yaxşı nəticə üçün yaxşı hazırlıq lazımdır. Mən isə yüksək səviyyədə hazırlaşdığımı düşünmürəm. Uzun müddətli hazırlaşmamışdım. Düşünürdüm ki, metodikadan səhvliklər edərəm. Elə 1 səhvimdə metodikadan oldu"
"Bu nəticəni əldə etməyimdə repetitor dəstəyi var. Ancaq təbii ki, öz üzərimdə davamlı çalışmağım da mənə böyük dəstək oldu",- deyə o qeyd edib:
"İstər müəllim, istərsə də şagirdlər üçün imtahan eynidir. Bunun üçündə çox yaxşı hazırlaşmaq və məsuliyyətli yanaşmaq lazımdır. Fikrimcə, imtahanda düşən suallar müəllimlərin bilməli olduğu suallardır. Heç bir qeyri adi suallar yox idi. Orta məktəb proqramından kənara çıxılmamışdı".