Azedu.az

“Zəhmət yerdə qalmır" - 59 bal toplayan müəllimdən AÇIQLAMA

Sertifikasiya

25 İyun 2025, 13:49
“Zəhmət yerdə qalmır" - 59 bal toplayan müəllimdən AÇIQLAMA

110 nömrəli tam orta məktəbin fizika müəllimi Afaq Qarayeva sertifikasiya imtahanından 59 bal toplayıb.

O AzEdu.az-a bildirib ki, 11 illik pedaqoji təcrübəyə malikdir.

“59 bal topladığım üçün çox sevinirəm. Özümdən bu balı gözləyirdim. Belə düşünürəm ki, çalışan müəllim sonda nəticəni qazanır. Zəhmət heç zaman yerdə qalmır.

Sertifikatlaşdırma imtahanının hər bir müəllimin inkişafına müsbət təsiri var. Ümumiyyətlə, bu imtahan təhsil səviyyəsinin yüksəlməsinə səbəb olur”.

TƏCİLİ! Gərnginlik dayanmır - İran PUA-larla vurulur
Son xəbərlərDaha çox