Azedu.az

59 bal toplayan müəllim: "Özümdən əmin idim"

Sertifikasiya

25 İyun 2025, 13:34
59 bal toplayan müəllim: "Özümdən əmin idim"

149 saylı tam orta məktəbin informatika-riyaziyyat müəllimi Rahim Cəbiyev 59 bal toplayıb. 

AzEdu.az-a danışan R.Cəbiyev qeyd edib ki, 10 ilə yaxındır müəllim kimi fəaliyyət göstərir.

Müəllim söyləyib ki, yüksək bal toplayacağını gözləyirdi:

"Özümdən tam əmin idim. Suallar bir orta məktəb müəllimi üçün normal idi. Bu imtahanı çox müsbət qiymətləndirirəm. Çünki hər bir müəllim istər-istəməz özündə məsuliyyət hissini keçirir. Onu da qeyd edim ki, imtahana özüm hazırlaşmışdım".

TƏCİLİ! Gərnginlik dayanmır - İran PUA-larla vurulur
Son xəbərlərDaha çox