Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin beşinci günü keçirilir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, 25 iyun tarixində keçirilən test imtahanında fizika və informatika fənlərini tədris edən müəllimlər iştirak edirlər.
Qeyd edək ki, bu gün təşkil olunan test imtahanına ümumilikdə 7096 nəfər müəllim dəvət olunub.
Sertifikatlaşdırmada iştirak edən bütün müəllimlərimizə uğurlar arzulayırıq!