Bu gün sertifikasiyanın test imtahan mərhələsinin sonuncu günüdür.
İmtahanında 54 bal toplayan müəllimlər nəticələri ilə bağlı təəssüratlarını AzEdu.az-la bölüşüblər.
Qeyd edək ki, hər iki müəllim bu nəticəni 50 dəqiqəyə əldə edib.
136 saylı tam orta məktəbin fizika müəllimi Fidan Məsimova bildirib ki, 54 bal topladığı üçün çox sevinclidir:
“İmtahan heç də gözlənildiyi qədər çətin deyildi. Suallar orta, asan və çətin səviyyəli idi, yəni hər üç qrupa uyğun suallar yer almışdı. Ümumilikdə imtahan rahat keçdi.
Düşünürəm ki, öz üzərində çalışan hər bir müəllim yüksək nəticə göstərə bilər. 10 ildir ki, müəllimlik sahəsində çalışıram”.
Xəzər rayonu, 292 nömrəli tam orta məktəbin fizika müəllimi Mina Həsənova isə bildirib ki, sualları ilk tamamlayanlardan biri olduğu üçün sevinc hissi yaşayıb:
“Sualların səviyyəsi kifayət qədər yaxşı idi. Gələcəkdə imtahan verəcək müdavimlərə demək istəyirəm ki, həyəcanlanmağa dəyməz. İmtahan tam şəffaf şəkildə keçirildi. 8 ildir ki, müəllim kimi fəaliyyət göstərirəm”.