Azedu.az

60 bal toplayan təhsilverən: "Sertifikasiyaya müəllim hazırlayırdım"

Sertifikasiya

24 İyun 2025, 17:47
60 bal toplayan təhsilverən: "Sertifikasiyaya müəllim hazırlayırdım"

Xəbər verdiyimiz kimi, bu keçirilən sertifikasiyanın test imtahanından daha bir müəllim maksimum nəticə göstərib.

Belə ki, biologiya müəllimi Məsimova Samirə Eldar qızı sertfikasiya imrahanından 60 bal toplayıb.

AzEdu.az  bu münasibətlə müəllimlə əlaqə saxlayıb təəssüratlarını öyrənib.

Samirə müəllim qeyd edib ki, 60 bal toplaması sürpriz olmayıb:

"Həqiqətən 60 bal toplayacağımı gözləyirdim. Bütün kollektivimiz mənə deyirdi ki, "Samirə müəllim, biz sizdən 60 bal gözləyirik". İmtahanın bitməsinə 40 dəqiqə qalmış çıxdım. Demək olar ki, bütün sualları 1 saat 20 dəqiqəyə bitirdim. 

Şəxsən mənə imtahan sualları çox rahat gəldi. 20-25 dəqiqəyə öz fənnimlə bağlı bütün sualları cavablandırdım. 1 saatı isə kurikulum suallarını cavablandımağa çalışdım. Yəni vaxtımı kurikulum suallarına çox ayırdım. Özüm repetitor kimi də fəaliyyət göstərirəm. Ümumiyyətlə sertifikatlaşdırma imtahanının təhsilimiz üçün çox müsbət dəyərləndirirəm. Çünki ilk növbədə müəllimlər öz üzərində işləmək üçün məsuliyyət hissi keçirir. İmtahan elə bir şeydir ki, ən savadlı müəllimdə də həyəcan yaradır.

Önəmli olan bal deyil, önəmli olan bütün müəllimlərin öz üzərində işləməsidir. Əgər müəllim deyirsə ki, "mən hər şeyi bilirəm", deməli o müəllim artıq inkişaf etməyəcək. Çünki elmdə, təhsildə hər zaman öz üzərində işləməkdən keçir. 

Əslində bir çox müəllimi sertifikasiyaya hazırlaşdırmışam. Bu gün özümlə bərabər onların nəticələrinə də çox sevindim. Yəni özüm hazırlıqlara getməmişəm, tam tərsi müəllimləri hazırlaşdırmışam. Özüm həmçinin olimpiadaya şagirdlər hazırlayıram. 10 ildir pedaqoji fəaliyyətlə məşğulam. Düşünürəm ki, uğurun sirri müəllimin öz üzərində çalışmasıdır".

 

Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!
Son xəbərlərDaha çox