Sertifikatlaşdırma imtahanında 322 nömrəli tam orta məktəbin kimya müəllimi Şamil Səbzəliyev 54 bal toplayıb.
AzEdu.az-a təəssüratlarını bölüşən müəllim bildirib ki, imtahanın ümumilikdə normal keçib.
“İmtahandakı suallar asan, orta və düşündürücü səviyyədə idi. Mənim üçün elə bir çətinlik olmadı. 50-dən yuxarı bal toplayacağımı gözləyirdim.
Şükür ki, üzüağ çıxdım. Bu proses, həqiqətən, müəllimlər üçün stimul rolunu oynayır. 9 ildir pedaqoji fəaliyyətlə məşğulam”.