Azedu.az

“Sertifikasiya çox rahat və şəffaf keçirildi” - 58 bal toplayan müəllim

Sertifikasiya

24 İyun 2025, 12:35
“Sertifikasiya çox rahat və şəffaf keçirildi” - 58 bal toplayan müəllim

Xəbər verdiyimiz kimi, sertifikasiyanın test imtahanına 6142 müəllim dəvət olunub.

AzEdu.az xəbər verir ki, 1 saat 15 dəqiqə ərzində sertifikasiyadan 58 bal toplayan 185 nömrəli məktəbin biologiya müəllimi Əfsanə Cəfərova imtahanın çox rahat və şəffaf keçirildiyini bildirib.

O qeyd edib ki, suallar yaxşı hazırlanmışdı və tam olaraq müəllimin savadını ölçə biləcək səviyyədə idi:

"Əslində özüm üçün 60 bal gözləyirdim. Düşünürəm ki, iki sualı kurikulumdan səhv etmişəm. Suallar arasında asan, orta və çətin səviyyəli suallar var idi. Ümumilikdə suallar çox yaxşı tərtib olunmuşdu. Öhdəsindən gələ biləcək suallar idi, heç bir çətinlik yox idi", - deyə müəllim əlavə edib.

Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!
Son xəbərlərDaha çox