Azedu.az

Müəllimlərin sertifikasiyasının sonuncu günüdür

Sertifikasiya

25 İyun 2025, 08:40
Müəllimlərin sertifikasiyasının sonuncu günüdür

Bu gün təhsilverənlərin sertifikatlaşdırılması prosesinin sonuncu günüdür.

AzEdu.az xəbər verir ki, sertifikatlaşdırma prosesi iyunun 18-20, 24 və 25-i tarixlərini əhatə edir.

Test imtahanı mərhələsinin vaxtı və yeri barədə məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndərilib.

Bu gün fizika və informatika fənnini tədris edən müəllimlər sertifikasiyadan keçəcək.

Dünən keçirilən sertifikasiyanın test imtahanları 18 şəhər üzrə 39 imtahan mərkəzini əhatə edib. İmtahanda 5945 müəllim iştirak edib, 97 faiz davamiyyət qeydə alınıb.

Xatırladaq ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində müəllimlərə tədris fənni üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra iştirakçıya elan edilir.

Qeyd edək ki, bu günə qədər riyaziyyat, xarici dil, Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı, coğrafiya, ibtidai sinif, kimya və biologiya müəllimləri sertifikasiyadan keçiblər.

TƏCİLİ! Gərnginlik dayanmır - İran PUA-larla vurulur
Son xəbərlərDaha çox