Azedu.az

Bu gün onlar sertifikasiyadan keçəcək...

Sertifikasiya

24 İyun 2025, 10:00
Bu gün onlar sertifikasiyadan keçəcək...

Bu gün təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı davam edir.

AzEdu.az xəbər verir ki, sertifikatlaşdırma prosesi iyunun 18-20, 24 və 25-i tarixlərini əhatə edir.

Test imtahanı mərhələsinin vaxtı və yeri barədə məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndərilib.

Bu gün biologiya kimya fənnini tədris edən müəllimlər sertifikasiyadan keçəcək.

Bu gün təşkil olunan test imtahanına ümumilikdə 6142 nəfər müəllim dəvət olunub.

Müəllimlər portal.edu.az platformasından qeydiyyatdan keçərək, “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatlarla tanış ola bilərlər.

Xatırladaq ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində müəllimlərə tədris fənni üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra iştirakçıya elan edilir.

Qeyd edək ki, bu günə qədər riyaziyyat, xarici dil, Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı, coğrafiya, ibtidai sinif müəllimləri sertifikasiyadan keçiblər. İndiyədək keçirilən sertifikatlaşdırma imtahanının test mərhələsində ümumilikdə 8149 müəllim iştirak edib. 95 faiz davamiyyət qeydə alınıb.

İsrail-İran müharibəsi bitdi - Tam atəşkəs əldə olundu
Son xəbərlərDaha çox