Azedu.az

Bu günə qədər 8149 müəllim sertifikasiyadan keçib

Sertifikasiya

20 İyun 2025, 15:51
Bu günə qədər 8149 müəllim sertifikasiyadan keçib

“İyunun 18-dən başlayan təhsilsevərlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi davam edir. Bu gün keçirilən test imtahanı prosesin üçüncü gününə təsadüf edir və artıq 8149 müəllim imtahanda iştirak edib. Ümumilikdə demək olar ki, prosesdə 95% davamiyyət qeydə alınıb".

 

AzEdu.az xəbər verir ki, bu fikirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli bildirib.

 

Onun sözlərinə görə, hər bir imtahan günü başa çatdıqdan dərhal sonra apellyasiya müraciətlərinin qəbuluna başlanılır. Proseslə bağlı hər hansı müraciəti olan müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olaraq müraciətlərini ünvanlaya bilərlər.

 

“Apellyasiyanın keçirilməsində məqsəd iştirakçıların müraciətlərinin araşdırılması, neqativ və uyğunsuzluq hallarının aradan qaldırılması, eyni zamanda şəffaflığın və obyektivliyin təmin edilməsidir”.

 

"Bununla yanaşı, qeyd edim ki, imtahandan sonra bəzi sosial media platformalarında müəllimlər tərəfindən imtahanın tərtibi ilə bağlı müəyyən narazılıqların səsləndirildiyi də müşahidə olunur.

 

Bu səbəbdən bir daha xatırladırıq ki, imtahanla bağlı hər hansı müraciəti və ya sualı olan müəllimlər mütləq şəkildə apellyasiya mərhələsindən istifadə etməlidirlər. Müraciətlər emal edildikdən sonra ictimaiyyətə ətraflı məlumat təqdim olunacaq”,- N.İsmayılbəyli qeyd edib.

İsr@ildən AĞIR ZƏRBƏ - İranın düşünən beyni vuruldu
Son xəbərlərDaha çox